0
Sunday 3 November 2013 - 08:26

Malidə girov götürülmüş Fransa jurnalistləri öldürülüb

Story Code : 317036
Malidə girov götürülmüş Fransa jurnalistləri öldürülüb
APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, Klod Verlon və Gislen Düpon Malinin şimalındakı Kidal şəhərində girov götürülmüşdülər.
 
Əyalətin qubernatoru polkovnik Adama Kamissoko bildirib ki, jurnalistlər 4 silahlı şəxs tərəfindən saxlanılaraq naməlum istiqamətdə aparılıb.   
 
Hər iki jurnalist Radio France Internationale (RFI) əməkdaşı olub və ölkənin paytaxtı Bamakodan Kidal şəhərinə oktyabrın 29-da gəliblər.
 
“Röyters”in məlumatına görə, girov götürülməzdən əvvəl jurnalistlər üsyançı tuareqlərin birindən müsahibə alıblar. 
Comment