QR CodeQR Code

İran qonşu dövlətlərlə sıx əməkdaşlığın tərəfdarıdır

Islamtimes , 5 Nov 2013 23:47

İslamtimes - İran prezidenti Həsən Ruhani administrasiyasının rəhbəri deyib ki, İslam Respublikası qonşu və dost ölkələr ilə münasibətləri daha da inkişaf etdirmək niyyətindədir.


Bazar günü Rusiyanın təbii qaz istehsalçısı olan Qazpromun sədri Aleksiy Miller ilə Tehranda görüşən Muhəmməd Nəhavəndiyan Tehran-Moskva əlaqələrinin mühümlüyünə toxunub və deyib ki, İran və Rusiya arasında əməkdaşlıq ikitərəfli ticari əlaqələr ilə yanaşı regional və beynəlxalq sülh və təhlükəsizliyə qorunmasına da kömək edəcək.

O İranın region ilə yanaşı bütün dünyada güclü təsirə malik bir dövlət olduğunu demiş və bildirmişdir ki, hər iki dövlətin maraqlarına xidmət edəcək müxtəlif sahələrin inkişafına xeyli ehtiyac duyulur.

Nəhavəndiyan deyib: “İran İslam Respublikası bütün qonşu dövlətlər ilə bütün sahələrdə iki tərəfli əlaqələri inkişaf etdirməkdə qərarlıdır.”

Miller isə öz növbəsində Rusiya-İran əlaqələrinin qənaət bəxş olduğunu demiş və İranın elm və texnalogiya sahəsində əldə etdiyi uğur və nailiyyətləri yükəsk qiymətləndirmişdir.

O həmçinin Rusiyanın İran ilə regional və beynəlxalq səviyyədə iki tərəfli əlaqələri daha da inkişaf etdirmək arzusunda olduğunu bildirib.

Miller Tehranda keçirilən Qaz İxrac edən Ölkələri Forumunun 15-ci iclasında iştirak etmək üçün İrana səfər edib.


Story Code: 317987

News Link :
https://www.islamtimes.org/az/news/317987/iran-qonşu-dövlətlərlə-sıx-əməkdaşlığın-tərəfdarıdır

Islam Times
  https://www.islamtimes.org