0
Tuesday 5 November 2013 - 23:47

İran qonşu dövlətlərlə sıx əməkdaşlığın tərəfdarıdır

Story Code : 317987
İran qonşu dövlətlərlə sıx əməkdaşlığın tərəfdarıdır
İran qonşu dövlətlərlə sıx əməkdaşlığın tərəfdarıdır
Bazar günü Rusiyanın təbii qaz istehsalçısı olan Qazpromun sədri Aleksiy Miller ilə Tehranda görüşən Muhəmməd Nəhavəndiyan Tehran-Moskva əlaqələrinin mühümlüyünə toxunub və deyib ki, İran və Rusiya arasında əməkdaşlıq ikitərəfli ticari əlaqələr ilə yanaşı regional və beynəlxalq sülh və təhlükəsizliyə qorunmasına da kömək edəcək.

O İranın region ilə yanaşı bütün dünyada güclü təsirə malik bir dövlət olduğunu demiş və bildirmişdir ki, hər iki dövlətin maraqlarına xidmət edəcək müxtəlif sahələrin inkişafına xeyli ehtiyac duyulur.

Nəhavəndiyan deyib: “İran İslam Respublikası bütün qonşu dövlətlər ilə bütün sahələrdə iki tərəfli əlaqələri inkişaf etdirməkdə qərarlıdır.”

Miller isə öz növbəsində Rusiya-İran əlaqələrinin qənaət bəxş olduğunu demiş və İranın elm və texnalogiya sahəsində əldə etdiyi uğur və nailiyyətləri yükəsk qiymətləndirmişdir.

O həmçinin Rusiyanın İran ilə regional və beynəlxalq səviyyədə iki tərəfli əlaqələri daha da inkişaf etdirmək arzusunda olduğunu bildirib.

Miller Tehranda keçirilən Qaz İxrac edən Ölkələri Forumunun 15-ci iclasında iştirak etmək üçün İrana səfər edib.
Source : Islamtimes
Comment