QR CodeQR Code

Maliki: İmam Hüseyn (əs) qatilləri Əhli-Beyt aşiqlərini öldürməyə davam edirlər

Islamtimes , 7 Nov 2013 14:07

İslamtimes - İraq baş naziri Nuri Maliki İraq xalqına səslənərək bu il İmam Hüseynin matəm mərasiminin daha geniş şəkildə təşkil edilməsinin vacibliyini vurğulayıb.


İraq baş naziri Maliki dünən televiziya vasitəsi ilə İraq xalqına səslənərək Məhərrəm ayındakı ziyarətçilərin təhlükəsizliyini qorumaq məqsədi ilə ciddi tədbirlərin görüldüyünü və bununla da xalqın rahat şəkildə mərasimlərə qatıla biləcəyi haqqında danışıb.

Maliki deyib: “İmam Hüseynin (əs) qatilləri hələ də Əhli-Beyt aşiqlərini qətlə yetirməyə davam edirlər. İraq xalqı bir vücud olaraq bu cinayətkarların təxribatlarına qarşı müqavimət göstərməlidirlər.”

Bağdad hökuməti İmam Hüsyenin (əs) matəm mərasiminə qatılanların təhlükəsizliyinin qorunması üçün çərəşənbə günündən etibarən xüsusi əməliyyatlar həyata keçirməyə başlayıb.

Bu arada İraq təhlükəsizlik rəsmiləri də ölkənin cənubunda yerləşən Nəcəf şəhərində 30 min insanı Məhərrəm ayında bu ilin təhlükəsizliyini təmin etməklə vəzifələndirib.

İraq təhlükəsizlik qüvvələri bundan başqa mərasimə qatılacaq insanların təhülkəsizliyini qorumaq üçün Babil və Bəsrə vilayətlərinə gedən əsas yolları bağlayıblar.


Story Code: 318890

News Link :
https://www.islamtimes.org/az/news/318890/maliki-imam-hüseyn-əs-qatilləri-əhli-beyt-aşiqlərini-öldürməyə-davam-edirlər

Islam Times
  https://www.islamtimes.org