QR CodeQR Code

Bəhreynlilər yenidən rejim əleyhinə nümayişlər təşkil ediblər

Islamtimes , 7 Nov 2013 14:14

İslamtimes - Bəhreyn xalqı şimali Bəhreyndə Ali Xəlifə rejiminə etriaz əlaməti olaraq və ölkə həbsxanalarında həbsdə olan siyasi məhbuslar ilə həmrəyliklərini bildirmək üçün etiraz nümayişləri təşkil ediblər.


Çərşənbə günü bəhreynli nümayişçilər şimal əyaləti olan Sanabisdə küçələrə axışaraq rejim əleyhinə şüarlar səsləndiriblər.

2011-ci ilin fevral ayının ortalarından etibarən minlərlə demokratiya yönümlü etirazçılar Ali Xəlifə ailəsinin hakimiyyəti təhvil verməsi tələbləri ilə Bəhreyn küçələrində bir sıra etiraz nümayişləri təşkil edirlər.

2011-ci il 14 mart tarixində Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən olan ordu qüvvələri Bəhreyn hökumətinə dinc etirazçıların qarşısını almağa kömək etmək məqsədi ilə ölkəni demək olar ki, işğal etdilər.

Yerli mənbələrin bildirdiyinə əsasən etiraz nümayişləri zamanı rejim qüvvələri onlarla insanı qətlə yetirmiş və yüzlərlə insanı isə həbs etmişdir.

İnsan hüquq müdafiəçilərinin bildirdiyinə əsasən həkimlər və tibbi işçiləri rejim qüvvələrinin və təhülkəsizlik qüvvələrin anit-hökumət etirazçılarına qarşı zorakılıqlarının şahidi olduqları üçün onları həbs edərək işgəncə vermiş və hətta bir neçə nəfəri isə qətlə yetirmişdilər.


Story Code: 318892

News Link :
https://www.islamtimes.org/az/news/318892/bəhreynlilər-yenidən-rejim-əleyhinə-nümayişlər-təşkil-ediblər

Islam Times
  https://www.islamtimes.org