0
Thursday 7 November 2013 - 14:14

Bəhreynlilər yenidən rejim əleyhinə nümayişlər təşkil ediblər

Story Code : 318892
Bəhreynlilər yenidən rejim əleyhinə nümayişlər təşkil ediblər
Bəhreynlilər yenidən rejim əleyhinə nümayişlər təşkil ediblər
Çərşənbə günü bəhreynli nümayişçilər şimal əyaləti olan Sanabisdə küçələrə axışaraq rejim əleyhinə şüarlar səsləndiriblər.

2011-ci ilin fevral ayının ortalarından etibarən minlərlə demokratiya yönümlü etirazçılar Ali Xəlifə ailəsinin hakimiyyəti təhvil verməsi tələbləri ilə Bəhreyn küçələrində bir sıra etiraz nümayişləri təşkil edirlər.

2011-ci il 14 mart tarixində Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən olan ordu qüvvələri Bəhreyn hökumətinə dinc etirazçıların qarşısını almağa kömək etmək məqsədi ilə ölkəni demək olar ki, işğal etdilər.

Yerli mənbələrin bildirdiyinə əsasən etiraz nümayişləri zamanı rejim qüvvələri onlarla insanı qətlə yetirmiş və yüzlərlə insanı isə həbs etmişdir.

İnsan hüquq müdafiəçilərinin bildirdiyinə əsasən həkimlər və tibbi işçiləri rejim qüvvələrinin və təhülkəsizlik qüvvələrin anit-hökumət etirazçılarına qarşı zorakılıqlarının şahidi olduqları üçün onları həbs edərək işgəncə vermiş və hətta bir neçə nəfəri isə qətlə yetirmişdilər.
Source : Islamtimes
Comment