QR CodeQR Code

İran - “altılıq” danışıqları noyabrın 21-22-də Cenevrədə keçiriləcək

15 Nov 2013 13:28

IslamTimes - İran və “altılıq”(BMT TŞ-nin 5 üzvü + Almaniya) arasında Tehranın nüvə proqramı üzrə danışıqların növbəti raundu noyabrın 21-22-də Cenevrədə keçiriləcək.


APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin sözçüsü Maykl Mann bildirib.   
 
Qeyd edək ki, noyabrın 7-9-da Cenevrədə İranla “altılıq” arasında keçirilmiş danışıqların müsbət baş tutduğu bildirilir. KİV-lərin məlumatına görə, razılaşmaya mane olan yeganə amil Fransanın danışıqlarda gözlənmədən sərt mövqe tutması olub. Con Kerri isə bildirib ki, növbəti görüşdə razılaşma əldə olunacağına əmindir.


Story Code: 321148

News Link :
https://www.islamtimes.org/az/news/321148/iran-altılıq-danışıqları-noyabrın-21-22-də-cenevrədə-keçiriləcək

Islam Times
  https://www.islamtimes.org