0
Friday 15 November 2013 - 13:28

İran - “altılıq” danışıqları noyabrın 21-22-də Cenevrədə keçiriləcək

Story Code : 321148
İran - “altılıq” danışıqları noyabrın 21-22-də Cenevrədə keçiriləcək
APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin sözçüsü Maykl Mann bildirib.   
 
Qeyd edək ki, noyabrın 7-9-da Cenevrədə İranla “altılıq” arasında keçirilmiş danışıqların müsbət baş tutduğu bildirilir. KİV-lərin məlumatına görə, razılaşmaya mane olan yeganə amil Fransanın danışıqlarda gözlənmədən sərt mövqe tutması olub. Con Kerri isə bildirib ki, növbəti görüşdə razılaşma əldə olunacağına əmindir.
Comment