QR CodeQR Code

Fələstin tarixində ilk dəfə BMT-də səs verib

19 Nov 2013 16:09

IslamTimes - Bir il öncə Birləşmiş Millətlər Təşkilatında müşahidəçi dövlət statusu qazanmış Fələstin tarixində ilk dəfə olaraq BMT Baş Assambleyasında keçirilmiş səsvermədə öz səs hüququndan istifadə edib.


Səsvermə Beynəlxalq Tribunalın hakimlərindən birinin seçilməsi ilə əlaqədar keçirilib. Səsvermə zalında iştirak edən BMT-nin 193 üzv ölkəsinin əksər üzvləri Fələstinin səs hüququndan istifadə etməsini alqışlarla qarşılayıb.
 
“Fələstinin BMT-də tamhüquqlu üzv statusu alması üçün apardığımız işlərdə baş verən bu hadisə olduqca əlamətdar bir hal kimi dəyərləndirilə bilər”, - deyə Fələstinin BMT-dəki daimi nümayəndəsi Riad Mənsur bildirib.
 
Onun çıxışı İsrail rejiminin kəskin etirazı ilə qarşılanıb. Rejimin BMT-dəki nümayəndəsi onları əsas hadisədən fikri yayındırmaqda ittiham edib. /Deyerler/


Story Code: 322486

News Link :
https://www.islamtimes.org/az/news/322486/fələstin-tarixində-ilk-dəfə-bmt-də-səs-verib

Islam Times
  https://www.islamtimes.org