0
Tuesday 19 November 2013 - 16:09

Fələstin tarixində ilk dəfə BMT-də səs verib

Story Code : 322486
Fələstin tarixində ilk dəfə BMT-də səs verib
Səsvermə Beynəlxalq Tribunalın hakimlərindən birinin seçilməsi ilə əlaqədar keçirilib. Səsvermə zalında iştirak edən BMT-nin 193 üzv ölkəsinin əksər üzvləri Fələstinin səs hüququndan istifadə etməsini alqışlarla qarşılayıb.
 
“Fələstinin BMT-də tamhüquqlu üzv statusu alması üçün apardığımız işlərdə baş verən bu hadisə olduqca əlamətdar bir hal kimi dəyərləndirilə bilər”, - deyə Fələstinin BMT-dəki daimi nümayəndəsi Riad Mənsur bildirib.
 
Onun çıxışı İsrail rejiminin kəskin etirazı ilə qarşılanıb. Rejimin BMT-dəki nümayəndəsi onları əsas hadisədən fikri yayındırmaqda ittiham edib. /Deyerler/
Comment