QR CodeQR Code

ABŞ Türkiyənin Çinlə anlaşmasından narahat olub

20 Nov 2013 13:20

IslamTimes - Türkiyənin uzun mənzilli raketdən müdafiə sistemi ilə bağlı Çin şirkəti ilə müzakirələrə başlaması ciddi müzakirələrə səbəb olub.


Hətta bu məsələ ABŞ-da səfərdə olan Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə ABŞ-ın dövlət katibi Con Kerri ilə apardığı danışıqlarda da gündəmə gətirilib.
 
ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, bunu ABŞ Xarici İşlər Nazirliyinin mətbuat katibi Jen Psaki, gündəlik keçirilən mətbuat konfransında bildirib.
 
Kerrinin məsələ ilə bağlı narahatlığını və NATO sisteminə uyğun sistem hazırlamağın əhəmiyyətini qarşı tərəfə başa saldığını deyən Psakinin sözlərinə görə, Davudoğlu, Çinlə bu məsələ ilə bağlı müzakirələrin 2009-ci ildə başladığını və 4 ildir ki, heç bir narahatçılığa səbəb olmadığını və bu sistemin NATO sisteminə uyğun olmadığını deyib.


Story Code: 322701

News Link :
https://www.islamtimes.org/az/news/322701/abş-türkiyənin-çinlə-anlaşmasından-narahat-olub

Islam Times
  https://www.islamtimes.org