0
Wednesday 20 November 2013 - 13:20

ABŞ Türkiyənin Çinlə anlaşmasından narahat olub

Story Code : 322701
ABŞ Türkiyənin Çinlə anlaşmasından narahat olub
Hətta bu məsələ ABŞ-da səfərdə olan Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə ABŞ-ın dövlət katibi Con Kerri ilə apardığı danışıqlarda da gündəmə gətirilib.
 
ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, bunu ABŞ Xarici İşlər Nazirliyinin mətbuat katibi Jen Psaki, gündəlik keçirilən mətbuat konfransında bildirib.
 
Kerrinin məsələ ilə bağlı narahatlığını və NATO sisteminə uyğun sistem hazırlamağın əhəmiyyətini qarşı tərəfə başa saldığını deyən Psakinin sözlərinə görə, Davudoğlu, Çinlə bu məsələ ilə bağlı müzakirələrin 2009-ci ildə başladığını və 4 ildir ki, heç bir narahatçılığa səbəb olmadığını və bu sistemin NATO sisteminə uyğun olmadığını deyib.
Comment