QR CodeQR Code

Devid Kameron Həsən Ruhaniyə zəng vurub

20 Nov 2013 10:03

IslamTimes - İngiltərənin baş naziri Devid Kameronla İran prezidenti Həsən Ruhani arasında telefon danışığı olub.


ANS PRESS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, iki lider ölkələr arasındakı münasibətlərdən danışıblar və qarşılıqlı olaraq diplomatik nümayəndəliklər açılmasından məmnun qaldıqlarını ifadə ediblər. Hər iki dövlət rəsmisi ölkələr arasında münasibətlərin bundan sonra da davam edəcəyini bildirib.
 
Xatırladaq ki, 2011-ci ildə İranda bir qrup tələbə Britaniyanın İrana qarşı siyasətlərindən qəzəblənərək Tehrandakı İngiltərə səfirliyi qarşısında böyük bir aksiya keçirmişdi. Bundan sonra ölkələr arasında diplomatik əlaqələr kəsilib.
 
Qeyd edək ki, Devid Kameron son 10 ildə İran prezidentinə zəng vuran ilk İngiltərə baş naziridir.


Story Code: 322715

News Link :
https://www.islamtimes.org/az/news/322715/devid-kameron-həsən-ruhaniyə-zəng-vurub

Islam Times
  https://www.islamtimes.org