QR CodeQR Code

Davudoğlu: "Ermənistan təcridlikdən çıxmaq istəyirsə..."

7 Dec 2013 10:30

IslamTimes - "Ermənistan ilə mükəmməl əlaqə yaratsaq belə, Cənubi Qafqazda sülh şəraiti olmasa bu münasibət hər an pozula bilər".


Bunu Türkiyənin "Habertürk" kanalına açıqlamasında Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib.
 
O, son zamanlar Türkiyə-Azərbaycan-Gürcüstan, Türkiyə-Azərbaycan, Türkiyə-Azərbaycan-İran, Türkmənistan və Rusiya ilə münasibətlərə diqqət yetirdikdə yeganə əksik halqanın Ermənistan olduğunu deyib. "Biz belə təcrid istəmirik. Ermənistan bu təcridlikdən çıxmaq istəyirsə, Azərbaycanın ərazi bütövlüyünə hörmət etməlidir".
 
Xatırladaq ki, xarici işlər naziri Əhməd Davudoğlu dekabrın 12-də Ermənistana səfər edəcək. O, İrəvanda Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində iştirak edəcək. /anspress/


Story Code: 328186

News Link :
https://www.islamtimes.org/az/news/328186/davudoğlu-ermənistan-təcridlikdən-çıxmaq-istəyirsə

Islam Times
  https://www.islamtimes.org