QR CodeQR Code

Rusiyanın xarici işlər naziri İranda səfərdədir

11 Dec 2013 10:01

IslamTimes - Rusiyanın xarici işlər naziri Sergey Lavrov dekabrın 10-da axşam saatlarında İrana rəsmi səfərə gəlib.


APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, səfərdə məqsəd ikitərəfli münasibətlər, regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparmaqdır. S. Lavrovun dekabrın 11-də İran prezidenti Həsən Ruhani, bu ölkənin xarici işlər naziri Məhəmməd Cavad Zərif, həmçinin digər rəsmilərlə görüşəcəyi bildirilir. Görüşlərdə İranla “altılıq” ölkələri arasındakı nüvə razılaşması, həmçinin Suriya böhranı və onun həlli məqsədilə Cenevrədə keçirilməsi planlaşdırılan beynəlxalq konfransın görüşlərin əsas müzakirə mövzularından olacağı vurğulanır. Bundan əlavə, görüşlərdə Xəzər dənizi ilə bağlı da fikir mübadiləsi aparılacağı qeyd olunur. 
Qeyd edək ki, S. Lavrov Həsən Ruhaninin hakimiyyətə gəlməsindən sonra İrana ilk səfərini həyata keçirir.


Story Code: 329486

News Link :
https://www.islamtimes.org/az/news/329486/rusiyanın-xarici-işlər-naziri-iranda-səfərdədir

Islam Times
  https://www.islamtimes.org