QR CodeQR Code

ABŞ Bankçılıq Komitəsinin sədri İrana qarşı sanksiyaların sərtləşdirilməsinə qarşı çıxıb

13 Dec 2013 13:00

IslamTimes - ABŞ Senatının Bankçılıq Komitəsinin sədri hazırkı vəziyyətdə İrana qarşı sanksiyaların sərtləşdirilməsinə qarşı çıxıb.


APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, senator Tim Conson bildirib ki, ABŞ hökuməti ilə belə bir razılıq əldə olunub: "Biz hesab edirik ki, İrana qarşı yeni sanksiyaların tətbiq edilməsi həssas danışıqları poza bilər. Ona görə də bu məsələdə Qərb ölkələri arasındakı birliyə zərbə vuracaq zərərli heç bir şey həyata keçirməməliyik."

O bildirib ki, ABŞ sanksiyaları sərtləşdirməsə, İran danışıqları pozsa bu İranın müvəffəqiyyətsizliyi olar. Bu baxımdan İrana “altılıq” ölkələrinə və ya digər dövlətlərə öz məsuliyyətlərini bizim boynumuza qoymaları üçün bəhanə verməməliyik.


Story Code: 330178

News Link :
https://www.islamtimes.org/az/news/330178/abş-bankçılıq-komitəsinin-sədri-irana-qarşı-sanksiyaların-sərtləşdirilməsinə-çıxıb

Islam Times
  https://www.islamtimes.org