QR CodeQR Code

Makkeyn: ABŞ Senatı Ukraynaya dair qətnaməni dərhal və yekdilliklə qəbul edəcək

15 Dec 2013 12:21

IslamTimes - Ukraynada dinc aksiyalara qarşı güc tətbiqinə aidiyyatı olan şəxslər barədə sanksiyaların tətbiq edilməsi haqqında ABŞ Senatının baxılmasına təqdim ediləcək qətnamə dərhal və yekdilliklə qəbul edəcək.


APA-nın “gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Ukrainskaya pravda” qəzetinə amerikalı senator Con Makkeyn bəyan edib.

“Qətnamə insanların zor tətbiq edilmədən öz baxışlarını ifadə etmək hüququna hörmət etməyə çağırır. Biz onların demokratiya istiqamətindəki səylərini dəstəkləyəcəyik”, deyə Makkeyn vurğulayıb.

“Hökumət repressiyaları davam edəcəyi təqdirdə, insan hüquqlarını pozan, insanlığa qarşı cinayətlərin törədilməsində günahkar olan şəxslər və təşkilatlar barəsində sanksiyaların tətbiq edilməsi məsələsinə baxılmalıdır”, deyə Makkeyn qeyd edib . 


Story Code: 330769

News Link :
https://www.islamtimes.org/az/news/330769/makkeyn-abş-senatı-ukraynaya-dair-qətnaməni-dərhal-və-yekdilliklə-qəbul-edəcək

Islam Times
  https://www.islamtimes.org