QR CodeQR Code

3 amerikalı hərbçi yaralanıb

22 Dec 2013 00:18

IslamTimes - Cənubi Sudanda üsyançılar ABŞ-a məxsus hərbi təyyarələri atəşə tutublar, 3 amerikalı hərbçi yaralanıb


APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, Sky News telekanalının məlumatına əsasən, insident nəticəsində 3 amerikalı hərbçi yaralanıb, onlardan birinin vəziyyəti ağırdır.
Qeyd edək ki, ötən həftə Cənubi Sudanda keçmiş vitse-prezident Riyekka Maşar Teninin tərəfdarları tərəfindən uğursuz dövlət çevrilişinə cəhd olub.
“Sky News”un məlumatına görə, hərbi təyyarələr ABŞ vətəndaşlarını təxliyə etmək  məqsədilə üsyançıların nəzarətində olan Bor şəhərində eniş edərkən atəşə tutulub.
Atəşə tutulduqdan sonra təyyarələr dərhal havaya qalxaraq Uqandanın paytaxtı Kampala şəhərinə yollanıb. Yaralı ABŞ hərbçiləri buradan Keniyanın paytaxtı Nayrobiyə yola salınıb.


Story Code: 332993

News Link :
https://www.islamtimes.org/az/news/332993/3-amerikalı-hərbçi-yaralanıb

Islam Times
  https://www.islamtimes.org