0
Sunday 22 December 2013 - 00:18

3 amerikalı hərbçi yaralanıb

Story Code : 332993
3 amerikalı hərbçi yaralanıb
APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, Sky News telekanalının məlumatına əsasən, insident nəticəsində 3 amerikalı hərbçi yaralanıb, onlardan birinin vəziyyəti ağırdır.
Qeyd edək ki, ötən həftə Cənubi Sudanda keçmiş vitse-prezident Riyekka Maşar Teninin tərəfdarları tərəfindən uğursuz dövlət çevrilişinə cəhd olub.
“Sky News”un məlumatına görə, hərbi təyyarələr ABŞ vətəndaşlarını təxliyə etmək  məqsədilə üsyançıların nəzarətində olan Bor şəhərində eniş edərkən atəşə tutulub.
Atəşə tutulduqdan sonra təyyarələr dərhal havaya qalxaraq Uqandanın paytaxtı Kampala şəhərinə yollanıb. Yaralı ABŞ hərbçiləri buradan Keniyanın paytaxtı Nayrobiyə yola salınıb.
Comment