QR CodeQR Code

Fransa niqab qadağasından milyonlar itirəcək

8 Aug 2010 09:32

İslamTimes/İslamnews - Hər il Fransa paytaxtında Yaxın Şərqdən 215 min turist olur.


Fransa prezidenti Sarkozinin təşəbbüsü ilə həyata keçmiş niqab qadağasından sonra ölkənin turist industriyasına böyük zərbə dəyəcəyi gözlənilir.
Bloomberg mənbəsi xəbər verir ki, Parisə ən varlı müsəlmanlar səfərə gəlirdilər. Amma niqab qadağası müsəlmanlara qarşı ciddi təhqir sayıldığından onlar istirahət üçün daha azad ölkə soraqlayacaqlar.
Statistikaya görə Yaxın Şərqdən ildə 215 min turist Parisdə səfərdə olur. Ekspertlər ən varlı müştərilərin də məhz bu sırada olduğunu bildirirlər. Mənbə yazır ki, doğrudanmı Fransız polisi ən bahalı dükandan böyük alış-verişlə çıxmış niqablı xanımı saxlayacaq? Fransizlar bu qanunun həyata keçəcəyinə şübhə ilə yanaşırlar. İstənilən bir halda itirən Fransa olacaq.


Story Code: 33460

News Link :
https://www.islamtimes.org/az/news/33460/fransa-niqab-qadağasından-milyonlar-itirəcək

Islam Times
  https://www.islamtimes.org