QR CodeQR Code

Əsəd Səudiyyə vəhabizmi ilə mübarizəyə çağırış edib

Islamtimes , 1 Jan 2014 00:27

Islamtimes - Suriya dövlət xəbər agentliyi olan SANA-nın verdiyi məlumata əsasən Suriya prezidenti Bəşər Əsəd bütün dünyanı Səudiyyə rejiminin siyasi və dini idealogiyası olan vəhabizmə qarşı mübarizəyə səsləyib.


SANA xəbər agentliyi bazar ertəsi günü məlumat yayaraq bildirib: “Prezident Əsəd deyib ki, ekstremist və vəhabi idealogiyasının əsas məqsədi pak İslamı aradan aparmaqdır.”

“O müsəlman cəmiyyətini və idealogiyasına yad olan vəhabizmə qarşı mübarizədə din xadimlərinin böyük rolu olduğunu vurğulayıb.”

Suriya prezidenti Bəşər Əsəd bazar ertəsi günü Şey Həsən Abdullahın rəhbərlik etdiyi Livanın Müsəlman Alimləri Yığıncağını qəbul edib.

Görüş zamanı regionda, məxsusən də Suriya və Livanda baş verən son hadisələr və region xalqının tarixini, gələcəyini və əməkdaşlığını hədəfə alan təkfirçi idealogiyanın təhlükə və təhdidləri müzakirə edilmişdir.
Əl Qaidə terror şəbəkəsinə bağlı olan qruplar halhazırda Suriyada hökumətə qarşı döyüşür.

Səudiyyə Ərəbistanı Suriyada döyüşən vəhabi terroristlərin əsas dəstəkçisidir və onları maliyyələşdirmək ilə Suriya hökumətini dağıtmaq istəyir.

2011-ci ilin mart ayından etibarən Suriya münaqişə içərisindədir. Xaricdən dəstək alan silahlı üsyançılar münaqişə zamanı ordu və təhlükəsizlik qüvvələri də daxil olmaqla xeyli sayda dinc insanı qətlə yetiriblər.


Story Code: 336220

News Link :
https://www.islamtimes.org/az/news/336220/əsəd-səudiyyə-vəhabizmi-ilə-mübarizəyə-çağırış-edib

Islam Times
  https://www.islamtimes.org