QR CodeQR Code

Putin Volqoqradda terror törədilən ərazilərdə olub

1 Jan 2014 14:47

IslamTimes - Rusiya prezidenti xəstəxanaya gedərək yaralıları da ziyarət edib.


Rusiya prezidenti Vladimir Putin bu gün Volqoqrada gəlib. ANS PRESS-in “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Rusiyanın dövlət başçısı 30 dekabrda Volqoqradda baş verən terror aktlarıyla bağlı partlayışların baş verdiyi ərazilərə baş çəkib. Putin trolleybusun partladığı ərazidə olaraq həmin yerə gül dəstələri qoyub. Daha sonra dövlət başçısı xəstəxanaya gedərək yaralıları ziyarət edib.
Onu Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortinkov, Daxili işlər naziri Vladimir Kokolçev, Səhiyyə naziri Veronika Skvortsova, Volqaqrad qubernatoru Sergey Bojenev və başqaları müşayiət ediblər.


Story Code: 336349

News Link :
https://www.islamtimes.org/az/news/336349/putin-volqoqradda-terror-törədilən-ərazilərdə-olub

Islam Times
  https://www.islamtimes.org