QR CodeQR Code

Səudiyyə Ərəbistanı və İsrail Şiəliyi zəiflətmək istəyir

Islamtimes , 2 Jan 2014 00:04

Islamtimes - Siyasi analitik deyib ki, Səudiyyə Ərəbistanı və İsrail regionda şiəliyi hədəfə almaq və zəiflətmək üçün ABŞ-ı Suriya və İran ilə müharibəyə təhrik edirlər.


Siyasi şərhçi İvan Eland anti müharibə jurnalı üçün yazdığı məqalədə deyib: “Yaxın Şərqdə Sünni İslamın liderləri olan səudiyyəlilər tarixi rəqibləri olan Şiə Suriya İran bucağını zəiflətmək üçün ABŞ-ı onlara qarşı müharibəyə təhrik edir.”

Bu səbəbdən də Səudiyyə Ərəbistanın rəsmiləri ABŞ konqresi və administrasiyasında xeyli nüfuza sahib olan İsrail lobbisi ilə maliyyə mənbələrini birləşdirərək ABŞ-ın İran nüvə obyektlərinə hücum təşkil etməsinə və Suriyanı işğal etməsinə nail olmaq istəyirlər.

Eland deyib: “Sünni Ərəb bloku və İsrailin bir-birini qarşı qeyri dost olmasına baxmayaraq onlar Şiə Suriya və İran birliyini zəiflətməkdə eyni maraqları paylaşırlar. Onlar hər ikisi də ABŞ-ı onların yerinə bu çirkin işi həyata keçirməsini istəyirlər.”

O əlavə edərək deyib ki, ABŞ ictimaiyyətinin dünyanın müxtəlif bölgələrində ABŞ-ın həyata keçirdiyi hərbi əməliyyatlardan təngə gəlməsi faktına əsasən ABŞ-ın Səudiyyə Ərəbistanı və yaxud da İsrail üçün Suriya və İrana hücum etməsi ABŞ milli maraqlarını təmamilə alt üst edəcək.


Story Code: 336541

News Link :
https://www.islamtimes.org/az/news/336541/səudiyyə-ərəbistanı-və-israil-şiəliyi-zəiflətmək-istəyir

Islam Times
  https://www.islamtimes.org