QR CodeQR Code

Suriyada Şəkidən olan azərbaycanlı döyüşçü öldürülüb

29 Jan 2014 19:47

IslamTimes - Suriyada terrorist qruplaşmalar tərkibində Suriya dövlətinə qarşı vuruşan daha bir azərbaycanlı öldürülüb.


APA-nın xəbərinə görə, bu barədə terroristlərə məxsus saytlar məlumat yayıb.
Məlumata görə, “Zübeyr Azəri” kimi təqdim olunan azərbaycanlı döyüşçü Suriyada hökumət qüvvələri tərəfindən öldürülüb. Onun kimliyi açıqlanmasa da, Azərbaycanın Şəki rayonundan olduğu bildirilir.
Terroristlər öldürülən azərbaycanlının fotosunu da yayıblar.
Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-dən çox azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosu terrorislər tərəfindən sosial şəbəkələrdə yayılıb.


Story Code: 346219

News Link :
https://www.islamtimes.org/az/news/346219/suriyada-şəkidən-olan-azərbaycanlı-döyüşçü-öldürülüb

Islam Times
  https://www.islamtimes.org