0
Wednesday 29 January 2014 - 19:47

Suriyada Şəkidən olan azərbaycanlı döyüşçü öldürülüb

Story Code : 346219
Suriyada Şəkidən olan azərbaycanlı döyüşçü öldürülüb
APA-nın xəbərinə görə, bu barədə terroristlərə məxsus saytlar məlumat yayıb.
Məlumata görə, “Zübeyr Azəri” kimi təqdim olunan azərbaycanlı döyüşçü Suriyada hökumət qüvvələri tərəfindən öldürülüb. Onun kimliyi açıqlanmasa da, Azərbaycanın Şəki rayonundan olduğu bildirilir.
Terroristlər öldürülən azərbaycanlının fotosunu da yayıblar.
Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-dən çox azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosu terrorislər tərəfindən sosial şəbəkələrdə yayılıb.
Comment