QR CodeQR Code

İran yeni yer-yer raketini sınadı

20 Aug 2010 19:35

İslamTimes – “Qiyam 1” raketi elə hazırlanıb ki, düşmənin raket əleyhinə sistemi onun izinə asanlıqla düşə bilmir. ”


Avqustun 20-də İran yeni “Qiyam 1” raketini sınaqdan keçirib. Sınağın uğurla keçirildiyi bildirilir.
“Media forum” saytının məlumatına görə, İran İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) komandanlarından olan Əhməd Vəhidi jurnalistlərə açıqlamasında deyib ki, maye yanacaqla uçan “Qiyam 1” raketi İranın “yer-yer” tipli raketlərinin yeni nəslinə mənsubdur: “Bu raket elə hazırlanıb ki, düşmənin raket əleyhinə sistemi onun izinə asanlıqla düşə bilmir. Əvvəlkilərdən fərqli olaraq “Qiyam 1”də kiçik qanadların ləğv edilməsi onun daha çevik hərəkətinə imkan yaradır. Raket əvvəlcədən nəzərdə tutulan hədəfləri yüksək diqqətlə vurmağa qadirdir”.
Əhməd Vəhidi “Qiyam 1”in konkret hansı məntəqədə sınaqdan keçirilməsi barədə açıqlama verməyib. /“Media forum”/


Story Code: 34841

News Link :
https://www.islamtimes.org/az/news/34841/iran-yeni-yer-raketini-sınadı

Islam Times
  https://www.islamtimes.org