0
Friday 20 August 2010 - 19:35

İran yeni yer-yer raketini sınadı

Story Code : 34841
İran yeni yer-yer raketini sınadı
İran yeni yer-yer raketini sınadı
Avqustun 20-də İran yeni “Qiyam 1” raketini sınaqdan keçirib. Sınağın uğurla keçirildiyi bildirilir.
“Media forum” saytının məlumatına görə, İran İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) komandanlarından olan Əhməd Vəhidi jurnalistlərə açıqlamasında deyib ki, maye yanacaqla uçan “Qiyam 1” raketi İranın “yer-yer” tipli raketlərinin yeni nəslinə mənsubdur: “Bu raket elə hazırlanıb ki, düşmənin raket əleyhinə sistemi onun izinə asanlıqla düşə bilmir. Əvvəlkilərdən fərqli olaraq “Qiyam 1”də kiçik qanadların ləğv edilməsi onun daha çevik hərəkətinə imkan yaradır. Raket əvvəlcədən nəzərdə tutulan hədəfləri yüksək diqqətlə vurmağa qadirdir”.
Əhməd Vəhidi “Qiyam 1”in konkret hansı məntəqədə sınaqdan keçirilməsi barədə açıqlama verməyib. /“Media forum”/
Comment