QR CodeQR Code

Riberi "Arsenal"a qarşı oynaya bilməyəcək

11 Feb 2014 01:39

IslamTimes - Almaniyanın "Bavariya" klubunun oyunçusu Frank Riberi zədə üzündən UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində İngiltərənin "Arsenal" komandası ilə keçiriləcək ilk matçı buraxacaq.


Trend Almaniya klubunun saytına istinadən məlumat verir ki, Riberi "Bavariya"nın "Arsenal"a qarşı keçirəcəyi oyun da daxil olmaqla bir neçə qarşılaşmada forma geyinə bilməyəcək.
Komandanın həkimi Hans-Vilhelm Müller-Volfart ombasından əməliyyat olunan Riberinin getdikcə yaxşılaşdığını deyib. O, fransız futbolçunun bu həftə ərzində fiziki hərəkətlərə, gələcək həftələrdə isə qaçışlara başlayacağını bildirib.
Xatırladaq ki, "Arsenal" - "Bavariya" oyunu fevralın 19-da keçiriləcək.


Story Code: 350403

News Link :
https://www.islamtimes.org/az/news/350403/riberi-arsenal-a-qarşı-oynaya-bilməyəcək

Islam Times
  https://www.islamtimes.org