QR CodeQR Code

Amerikalı professor: Sionist rejiminin məhvi qaçılmazdır

İslamtimes , 12 Feb 2014 14:40

İslamtimes - Siyasi analitik dünyanın sionistlərin yalanlarından daha çox üz çevirdiyi bir vaxtda Sionist rejiminin sonunun daha çox yaxınlaşdığını bildirib.


Bazar ertəsi günü Press TV-yə müsahibə verən Kevin Barret deyib: “Həqiqətlərin aşkar olması və ədalətin tələb edilməsi tezliklə Sionist rejiminin sonunu gətirəcək həqiqi məhv edici təhlükədir.”

O deyib ki, sionistlərin İranın nüvə silahı istehsal etməsi haqqında iddialarının artıq yalan olduğu sübut olunub və onların irqi müstəmləkə planları artıq boşa çıxıb.

Barrett deyib: “Əsil narahatçılığa səbəb nə İran nüvə bombasıdır, nə də ki, Fələstin xalqı. Həqiqi narahatçılıq və həqiqi düşmən tədricən bütün dünyada bir bomba kimi partlayan sionist həqiqətləridir.”

O deyib ki, sionistlərin həqiqətləri ört-basdır etmək cəhdləri onları fəlakat ilə üz-üzə gətirir.

O deyib: “İnternet əsrində və alternativ medianın meydana çıxdığı bir vaxtda xəbər agentliklərini satın almaq və onları sənə işləməyə vadar etmək çox da çətin deyil.”

Barret sionistlərin məhvini bu il və yaxud növbəti ilə təsadüf edəcəyini bildirib və bunun mütləq dünya müharibəsi və yaxud da maliyyə uçurumu ilə baş verməyəcəyini deyib.

O deyib ki, artıq Avropada daha çox dövlət rəsmiləri İsrail rejiminə qarşı kobud və sərt şəkildə danışmağa başlayıblar.

İsrailə qarşı aparılan beynəlxalq baykot kompaniyası artıq öz nəticəsini verməkdədir. Belə ki, artıq bir sıra dövlətlər və beynəlxalq qurumlar İsrailin işğal etdiyi Fələstin ərazilərində fəaliyyət göstərən şirkətlərə qarşı baykot tətbiq ediblər.


Story Code: 351244

News Link :
https://www.islamtimes.org/az/news/351244/amerikalı-professor-sionist-rejiminin-məhvi-qaçılmazdır

Islam Times
  https://www.islamtimes.org