QR CodeQR Code

İranla “altılıq” ölkələri arasında növbəti nüvə danışıqları Vyanada keçiriləcək

14 Feb 2014 15:22

IslamTimes - Gələn həftə Vyanada İranla “altılıq” ölkələri arasında növbəti nüvə danışıqları keçiriləcək.


APA-nın “Fars” agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Mari Harf deyib.
O bildirib ki, danışıqların bir neçə gün davam edəcəyi gözlənilir: “Əvvəlki müzakirələr bir neçə gün çəkdi və sonra ölkələrimizə qayıtdıq. İndi yenidən danışıqlar masası arxasına keçirik. Mən müzakirələrin neçə gün çəkəcəyini dəqiq deyə bilmirəm. Ancaq bir neçə gün davam edəcəyi gözlənilir”.
M.Harf deyib ki, ABŞ dövlət katibinin müavini Vendi Şermanın İran rəsmiləri ilə müzakirələri nüvə məsələsi ilə bağlı olub.


Story Code: 351573

News Link :
https://www.islamtimes.org/az/news/351573/iranla-altılıq-ölkələri-arasında-növbəti-nüvə-danışıqları-vyanada-keçiriləcək

Islam Times
  https://www.islamtimes.org