QR CodeQR Code

Bəhreyndə kütləvi iğtişaşlar baş verib

14 Feb 2014 22:57

IslamTimes - Bəhreynin paytaxtı Manama və ölkənin digər şəhərlərində yüzlərlə insan “ərəb baharı”nı qeyd etmək məqsədilə küçələrə çıxıb.


APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, Manamada nümayişçilər və polis arasında toqquşmalar baş verib. Nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edilib, bir neçə nəfərin yaralandığı bildirilir.
Ölkənin  müxalifətçi “Əl-Vefaq” partiyası tərəfdarlarını “ərəb baharı”nın üçilliyini qeyd etmək üçün küçələrə çıxmağa çağırıb.
Bir gün əvvəl hüquq mühafizə orqanları 29 nəfəri etiraz aksiyalarında iştirak etdiklərinə görə həbs edib.


Story Code: 351724

News Link :
https://www.islamtimes.org/az/news/351724/bəhreyndə-kütləvi-iğtişaşlar-baş-verib

Islam Times
  https://www.islamtimes.org