QR CodeQR Code

Eşton və Zərif İran və 5+1 arasında danışıqların növbəti raundunun təşkili məsələlərini müzakirə ediblər

18 Feb 2014 09:00

IslamTimes - AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton və İran XİN rəhbəri Cavad Zərif İran və “altılıq” arasında plenar iclasla başlanacaq danışıqların növbəti raundunun təşkili məsələlərini müzakirə ediblər.


APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Ketrin Eştonun mətbuat katibi Maykl Mann deyib.  

“Tərəflər razılığa gəlib ki, görüş 11.00-da (Bakı vaxtı ilə 14.00-da) plenar iclasla başlayacaq”, deyə Mann bildirib.  

Müzakirələr 2013-cü il noyabrın 24-də Cenevrədə İranla “altılıq” ölkələri arasında əldə edilmiş nüvə razılaşmasına uyğun olaraq bu il yanvarın 20-də qüvvəyə minmiş Birgə Fəaliyyət Planı çərçivəsində həyata keçirilir. Müzakirələrdə məqsəd İran nüvə məsələsi ilə bağlı yaranmış problemin birdəfəlik həlli üçün yekun razılaşmanın əldə olunmasıdır. 


Story Code: 352800

News Link :
https://www.islamtimes.org/az/news/352800/eşton-və-zərif-iran-5-1-arasında-danışıqların-növbəti-raundunun-təşkili-məsələlərini-müzakirə-ediblər

Islam Times
  https://www.islamtimes.org