QR CodeQR Code

Çində təyyarə qəzası: 43 ölü

25 Aug 2010 18:19

İslamTimes – Eniş cığırına enə bilməyən təyyarə alovlanıb


Çində sərnişin təyyarəsi qəzaya uğrayıb. Lent.az-ın “AA”ya istinadən verdiyi məlumata görə, təyyarənin yerə çırpılaraq alovlanması nəticəsində 43 nəfər ölüb.
Hadisə ölkənin Cənub Şərqində Heliongjianq vilayətində baş verib. 5-i ekipaj üzvü olmaqla cəmi 96 nəfəri daşıyan təyyarə eniş cığırına enə bilməyib. Yerə səhv enən təyyarə alovlanıb. Nəticədə 43 nəfər ölüb, 53 nəfərin həyatını xilas etmək mümkün olub.
Bəzi xəbərlərdə isə, hadisə şahidlərinin təyyarəni göydə tüstüləyərkən gördüyü deyilir.
Təyyarədəkilərin 5 nəfərin uşaq olduğu bildirilir. Məlumata əsasən, qəzanın baş verdiyi Lindu hava limanı keçən il açılıbmış.


Story Code: 35339

News Link :
https://www.islamtimes.org/az/news/35339/çində-təyyarə-qəzası-43-ölü

Islam Times
  https://www.islamtimes.org