QR CodeQR Code

Medvedev Putinin sərancamını dayandırıb

29 Aug 2010 05:19

IslamTimes - Rusiya prezidenti Dmitri Medvedev Moskvadan Sankt- Peterburqa çəkilməli olan avtobanın inşasını dayandırıb.


BBC-nin yaydığı məlumata görə, bu trass Moskva yaxınlığındakı Ximki meşəsindən keçməli idi. Prezidentin qərarı isə ictimaiyyətin etirazlarından sonra verilib.
Ximki meşəsindən yolun çəkilməsi böyük ictimai rezonans doğurub. Bir sıra ictimai xadimlər, təbiət mühafizəçiləri meşənin qırılması ilə bağlı etiraz ediblər. Etirazlara adi insanlar da qoşulub, işlə bağlı hətta Moskvada böyük mitinq keçirilib.
Ekspertlərə görə, bu qərar prezidentlə baş nazir Vladimir Putinin arasında ziddiyyət yarada bilər. Çünki yolun çəkilməsi sərəncamını hökumət başçısı imzalayıb. Bildirilir ki, işlə bağlı yeni ictimai və ekspert dinləmələri keçiriləcək. /ANS/


Story Code: 35606

News Link :
https://www.islamtimes.org/az/news/35606/medvedev-putinin-sərancamını-dayandırıb

Islam Times
  https://www.islamtimes.org