QR CodeQR Code

BMT Fransanı hədəfə aldı

29 Aug 2010 14:47

IslamTimes - BMT Fransanın 300-dən çox qaraçını ölkədən çıxarmasını sərt şəkildə tənqid edib.


Təşkiların Ayrı-Seçkiliklə Mübarizə Komissiyasının sədr müavini Pier Riçard Prosper Fransanın qaraçıları ölkədən çıxarmasını kütləvi deportasiya adlandırıb və bunun qəbuledilməz olduğunu söyləyib. Prosper hər ölkənin köç və təhlükəsizlik məsələlərində lazımi tədbirləri görmək haqqı olduğunu, ancaq müəyyən bir etnik qrupun hədəfə alınmasının yanlış olduğunu bildirib. BMT rəsmisi Fransadakı qaraçılardan bəzilərinin getmək istəmədikləri halda zorla göndərilməsinin əndişəverici olduğunu deyib. BMT-nin İrqçiliklə Mübarizə Komissiyası Paris hökumətini bəzi siyasətçilərin "irqçi" ifadələri ilə mübarizə etməyə çağırıb.


Story Code: 35669

News Link :
https://www.islamtimes.org/az/news/35669/bmt-fransanı-hədəfə-aldı

Islam Times
  https://www.islamtimes.org