QR CodeQR Code

Ketrin Eşton çinlilərə baş sağlığı verdi

3 Mar 2014 10:15

IslamTimes - Avropa Birliyi diplomatiyasının başçısı Ketrin Eşton Çinin Kunmin şəhərində baş verən terror hadisəsində ölənlərin ailələrinə baş sağlığı verib.


ANS PRESS-in məlumatına görə, bu barədə onun nümayəndəsi məlumat verib. “Belə dəhşətli cinayətin bəraəti heç vaxt ola bilməz. Yüksək nümayəndə ölən və zərərçəkənlərin ailələrinə başsağlığı verir”,-deyə rəsmi məlumatda bildirilir.

Şənbə günü axşam qarageyimli, bıçaqlarla silahlanmış bir qrup naməlum şəxs Kunmində gözləmə zalında və kassa zalında olan insanlara hücum edib. Son məlumatlara görə, ölənlərinsayı 29 nəfər olub, 130 nəfər isə yaralanıb. Çin hakimiyyəti hadisəni terror adlandırıb. Çin telekanallarının məlumatına görə, polislər azı 4 terrorçunu vura biliblər.


Story Code: 357289

News Link :
https://www.islamtimes.org/az/news/357289/ketrin-eşton-çinlilərə-baş-sağlığı-verdi

Islam Times
  https://www.islamtimes.org