0
Monday 3 March 2014 - 10:15

Ketrin Eşton çinlilərə baş sağlığı verdi

Story Code : 357289
Ketrin Eşton çinlilərə baş sağlığı verdi
ANS PRESS-in məlumatına görə, bu barədə onun nümayəndəsi məlumat verib. “Belə dəhşətli cinayətin bəraəti heç vaxt ola bilməz. Yüksək nümayəndə ölən və zərərçəkənlərin ailələrinə başsağlığı verir”,-deyə rəsmi məlumatda bildirilir.

Şənbə günü axşam qarageyimli, bıçaqlarla silahlanmış bir qrup naməlum şəxs Kunmində gözləmə zalında və kassa zalında olan insanlara hücum edib. Son məlumatlara görə, ölənlərinsayı 29 nəfər olub, 130 nəfər isə yaralanıb. Çin hakimiyyəti hadisəni terror adlandırıb. Çin telekanallarının məlumatına görə, polislər azı 4 terrorçunu vura biliblər.
Comment