QR CodeQR Code

Azərbaycanda hərbi maşın cəbhə xəttində minaya düşüb

7 Mar 2014 13:37

IslamTimes - Hadisə Müdafiə Nazirliyinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu ərazisində yerləşən N saylı hərbi hissəsində qeydə alınıb.


APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu ərazisində yerləşən N saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissəyə məxsus “Ural” markalı yük maşınının cəbhə xəttində minaya düşməsi nəticəsində avtomobil yararsız hala düşüb.
Avtomobilin sürücüsü, müddətdən artıq xidmət edən hərbi qulluqçu Novruz Zeynalovun müxtəlif xəsarətlər aldığı bildirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləsələr də, sürücünün xəsarət almadığı bildirilib.


Story Code: 359003

News Link :
https://www.islamtimes.org/az/news/359003/azərbaycanda-hərbi-maşın-cəbhə-xəttində-minaya-düşüb

Islam Times
  https://www.islamtimes.org