QR CodeQR Code

Səudiyyə krallığından «Müsəlman Qardaşları»na zərbə

8 Mar 2014 08:31

IslamTimes - Səudiyyə Ərəbistanı «Müsəlman qardaşları» hərəkatını terrorçu təşkilat elan edib.


Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, krallığın Daxili İşlər Nazirliyinin bəyanatında daha iki cihadçı qrup - «Ən-Nüsrə Cəhbəsi» və «İraq və Levante İslam Dövləti» təşkilatları da terrorçu elan olunub.
Mənbə qeyd edib ki, bu qruplar Suriyada Bəşar Əsəd rejiminə qarşı silahlı mübarizə aparır.
Xatırladaq ki, ötən ilin dekabrında «müsəlman qardaşları»-nı Misir də terrorçu təşkilat adlandırıb.
Səudiyyə Ərəbistanında artıq bu hərəkatın fəaliyyəti yasaqlanıb. Bu həftə Səudiyyə ilə yanaşı Birləşmiş Ərəb Əmirliyi və Bəhreyn Qətərdən öz səfirlərini geri çağırmışdı. Onlar bu əmirliyi «Müsəlman Qardaşları»nı dəstəkləməkdə suçlayır.


Story Code: 359303

News Link :
https://www.islamtimes.org/az/news/359303/səudiyyə-krallığından-müsəlman-qardaşları-na-zərbə

Islam Times
  https://www.islamtimes.org