QR CodeQR Code

Əfqanıstanda terror aktı: 4 nəfər ölüb, ən azı 5 nəfər xəsarət alıb

11 Mar 2014 10:34

IslamTimes - Əfqanıstanın qərbində Herat əyalətində prezidentliyə namizədlərdən birinin seçki qərargahı yaxınlığında partlayış baş verib.


APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, nəticədə 4 nəfər həlak olub, ən azı 5 nəfər yaralanıb.
Hücuma qarşıdan gələn prezident seçkisinin favoriti, ölkənin sabiq XİN rəhbəri Abdulla Abdullanın təmsilçiləri məruz qalıblar. Partlayıcı qurğu terrorçu-kamikadze tərəfindən işə salınıb. 
Həlak olanlar arasında iki polis və iki mülki qulluqçu olub, xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər. 
Xatırladaq ki, Əfqanıstanda seçki kampaniyası fevralın 2-dən başlayıb, seçkilər isə aprelin 5-də keçiriləcək.


Story Code: 360300

News Link :
https://www.islamtimes.org/az/news/360300/əfqanıstanda-terror-aktı-4-nəfər-ölüb-ən-azı-5-xəsarət-alıb

Islam Times
  https://www.islamtimes.org