QR CodeQR Code

Fəthullah Gülen baş nazir Ərdoğana cavab verdi

11 Mar 2014 10:40

IslamTimes - İngiltərənin nüfuzlu mərtbu orqanı olan “Financial Times”də Amerikada yaşayan türkiyəli din adamı Fəthullah Gülenin məqaləsi dərc olunub.


ANS PRESS-in xəbərinə görə, Gülen məqalədə demokratiyanın xilas olunması üçün Türkiyənin yeni konstitusiyaya ehtiyacı olduğunu bildirib. Gülen həmçinin heç bir siyasi partiyaya da dəstək vermədiyini qeyd edib.
“Türkiyənin xilası üçün yeni konstitusiyaya ehtiyac var. Hər hansı bir siyasi partiyaya və namizədə dəstək verməmişəm. Bundan sonra da dəstək verməyəcəyəm”.
Bundan başqa Fəthullah Gülen Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın, "ölkəyə qayıt" çağırışlarına da cavab verib. Gülen, ruhani tənhalığa davam edəcəyini vurğulayıb.
Qeyd edək ki, Ərdoğan mitinqlərdən birində, “Ey xoca, əgər səhvin yoxdursa, Pensilvaniyada dayanma. Sənin vətənin Türkiyədir. Vətəninə gəl, əgər siyasətlə məşğul olacaqsansa meydanlara çıx. Amma bu ölkəni qarışdırma, əmin-amanlığını pozma” – demişdi.


Story Code: 360303

News Link :
https://www.islamtimes.org/az/news/360303/fəthullah-gülen-baş-nazir-ərdoğana-cavab-verdi

Islam Times
  https://www.islamtimes.org