0
Tuesday 11 March 2014 - 10:40

Fəthullah Gülen baş nazir Ərdoğana cavab verdi

Story Code : 360303
Fəthullah Gülen baş nazir Ərdoğana cavab verdi
ANS PRESS-in xəbərinə görə, Gülen məqalədə demokratiyanın xilas olunması üçün Türkiyənin yeni konstitusiyaya ehtiyacı olduğunu bildirib. Gülen həmçinin heç bir siyasi partiyaya da dəstək vermədiyini qeyd edib.
“Türkiyənin xilası üçün yeni konstitusiyaya ehtiyac var. Hər hansı bir siyasi partiyaya və namizədə dəstək verməmişəm. Bundan sonra da dəstək verməyəcəyəm”.
Bundan başqa Fəthullah Gülen Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın, "ölkəyə qayıt" çağırışlarına da cavab verib. Gülen, ruhani tənhalığa davam edəcəyini vurğulayıb.
Qeyd edək ki, Ərdoğan mitinqlərdən birində, “Ey xoca, əgər səhvin yoxdursa, Pensilvaniyada dayanma. Sənin vətənin Türkiyədir. Vətəninə gəl, əgər siyasətlə məşğul olacaqsansa meydanlara çıx. Amma bu ölkəni qarışdırma, əmin-amanlığını pozma” – demişdi.
Comment