QR CodeQR Code

Əsəd: Təziqlərə heç vaxt boyun əyməyəcəyik

Islamtimes , 16 Mar 2014 23:23

Islamtimes - Suriya prezidenti Bəşər Əsəd bir daha ölkəsinin xarici təziqlər qarşısında təslim olmayacağını bəyan edib.


Suriya prezidenti Bəşər Əsəd həmçinin ölkəsinin Livanın müqavimət hərəkatı Hizbullah ilə eyni gəmidə yol getdiklərini vurğulayıb.

Regionda təkfirçilərin təhlükəsinin yayılması məsələsində xəbərdarlıq edən Suriya prezidenti rəsmi Dəməşqin terror ilə mübarizə etmək istəyən hər bir ölkənin yanında olduğunu bildirib.

İordaniya xalqının ölkələrinin Suriyaya qarşı terrora dəstək verməsinə imkan verməyəcəyini deyən Əsəd belə olacağı təqdirdə terrorun tez bir zamanda İordaniyada da yayılacağı haqqında xəbərdarlıq edib.

Suriyada bir çox bölgələri terrorçuların əlindən qurtardıqlarını deyən Əsəd Suriya xalqı və dövlətinin xaricdən olan təziqlərə və təhdidlərə boyun əyməyəcəyini bildirib.


Story Code: 362499

News Link :
https://www.islamtimes.org/az/news/362499/əsəd-təziqlərə-heç-vaxt-boyun-əyməyəcəyik

Islam Times
  https://www.islamtimes.org