QR CodeQR Code

Van Rompey: G7 ölkələrinin liderləri iyunda Brüsseldə toplaşacaqlar

25 Mar 2014 13:27

IslamTimes - "Böyük yeddilik" (G7) ölkələrinin liderləri Soçidə təşkili nəzərdə tutulan "Böyük səkkizliy"in (G8) sammitinin əvəzinə iyun ayında Brüsseldə xüsusi sammit keçirəcəklər.


Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu öz "Twitter" səhifəsinə Avropa Şurasının sədri Herman van Rompey yazıb.
 
O, qeyd edib ki, G7 ölkələrinin liderləri iyun ayında yenidən Brüsseldə görüşəcəklər: "Liderlər Soçidəki sammitdə iştirak etməyəcəklər".
 
Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə bildirib ki, Rusiya G8 formatına yapışıb qalmayıb: "Əgər bu format Qərbə lazımdırsa, o zaman problemləri digər forumlarda, o cümlədən G20 çərçivəsində müzakirə etmək olar".


Story Code: 365544

News Link :
https://www.islamtimes.org/az/news/365544/van-rompey-g7-ölkələrinin-liderləri-iyunda-brüsseldə-toplaşacaqlar

Islam Times
  https://www.islamtimes.org