QR CodeQR Code

Ramil Usubovdan polisləri narazı salan - Sərəncam

29 Mar 2014 13:10

IslamTimes - Təqaüddə olan polislərin pulsuz müalicə hüququ ləğv edildi.


Daxili işlər naziri Ramil Usubov polis sistemində narazılığa səbəb olan sərəncam imzalayıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə “Azadlıq”a qəzeti xəbər yayıb. Xəbərə görə həmin sərəncam daxili işlər orqanlarının təqaüddə olan əməkdaşlarının DIN-in nəzdindəki tibb ocaqlarında pulsuz müalicəsinin ləğvi barədədir. Nazir sərəncamı martın 19-da imzalayıb. Məlumatda deyilir ki, təqaüddə olan polis əməkdaşları ilə yanaşı hazırda daxili işlər orqanlarında işləyənlər də bu sərəncamdan narazılıq edirlər.
Məsələ ilə bağlı DIN-dən mövqe öyrənmək mümkün olmayıb.


Story Code: 367038

News Link :
https://www.islamtimes.org/az/news/367038/ramil-usubovdan-polisləri-narazı-salan-sərəncam

Islam Times
  https://www.islamtimes.org