QR CodeQR Code

"Rusiya Ukrayna ilə sərhəddə gərginlik yaranmasında maraqlı deyil"

31 Mar 2014 09:30

IslamTimes - ABŞ dövlət katibi Con Kerri və Rusiyanın xarici işlər naziri Sergey Lavrov martın 30-da Parisdə görüşüblər.


Rusiya və ABŞ prezidentlərinin telefon danışığından sonra baş tutan görüşdə Ukraynada yaranmış vəziyyət əsas müzakirə mövzusu olub.
S.Lavrov bildirib ki, onun ölkəsi Ukrayna ilə sərhəddə gərginliyin yaradılmasında maraqlı deyil. Şərqi Ukraynada rus dilli icma çoxluq təşkil etdiyi üçün bu ölkədə federal dövlətin yaradılması vəziyyətdən yeganə çıxış yoludur.
C.Kerri ölkəsinin Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha bəyan edib.
Görüşdə, Ukraynaya beynəlxalq müşahidəçilərin göndərilməsi ətrafında fikir mübadiləsi aparılıb, problemin həlli ilə bağlı intensiv görüşlərin keçirilməsinin vacibliyini vurğulanıb. /AzərTAC/


Story Code: 367482

News Link :
https://www.islamtimes.org/az/news/367482/rusiya-ukrayna-ilə-sərhəddə-gərginlik-yaranmasında-maraqlı-deyil

Islam Times
  https://www.islamtimes.org