QR CodeQR Code

Nigeriyada növbəti terror aktı nəticəsində 15 nəfər ölüb

2 Apr 2014 08:44

IslamTimes - Nigeriyanın şimal-şərqində törədilmiş növbəti terror aktı nəticəsində 15 nəfər ölüb, 17 nəfər yaralanıb.


APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.  
Partlayış bir qrup terrorçu-kamikadze tərəfindən Mayduquri şəhərində törədilib. Ölənlərin dinc sakin olduğu bildirilir. Partlayış nəticəsində həmçinin 8 avtomobil yararsız hala düşüb.  
Terrorçulardan 6-sının öldüyü, daha bir nəfərinin saxlanıldığı bildirilir. Onların “Boko Haram” radikal dini qruplaşmasının üzvü olduğu ehtimal olunur.


Story Code: 368160

News Link :
https://www.islamtimes.org/az/news/368160/nigeriyada-növbəti-terror-aktı-nəticəsində-15-nəfər-ölüb

Islam Times
  https://www.islamtimes.org