0
Wednesday 2 April 2014 - 08:44

Nigeriyada növbəti terror aktı nəticəsində 15 nəfər ölüb

Story Code : 368160
Nigeriyada növbəti terror aktı nəticəsində 15 nəfər ölüb
APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.  
Partlayış bir qrup terrorçu-kamikadze tərəfindən Mayduquri şəhərində törədilib. Ölənlərin dinc sakin olduğu bildirilir. Partlayış nəticəsində həmçinin 8 avtomobil yararsız hala düşüb.  
Terrorçulardan 6-sının öldüyü, daha bir nəfərinin saxlanıldığı bildirilir. Onların “Boko Haram” radikal dini qruplaşmasının üzvü olduğu ehtimal olunur.
Comment