QR CodeQR Code

Meksikada 85 məhbus həbsxanadan qaçıb

11 Sep 2010 17:44

IslamTimes - Məhbuslar həbsxanadan qaçan zaman heç bir qarşıdurma baş verməyib


"France-Presse" agentliyinin yaydığı məlumata görə, Meksikadakı həbsxanaların birindən 85 məhbus və iki gözətçi yoxa çıxıb. Ölkənin ABŞ-la sərhəd ərazisində yerləşən Reyzona şəhərindəki həbsxanada 85 məhbus iki nəzarətçinin köməyi ilə cəzaevindən qaçmağı bacarıb. Qeyd edək ki, hadisə ilə əlaqədar araşdırma aparan yerli polis, qaçış planın hazırlanmasında daha bir neçə nəzarətçinin də iştirak etdiyini açıqlayıb. Çünki məhbuslar həbsxanadan qaçan zaman heç bir qarşıdurma və toqquşma baş verməyib. /Faktxeber/


Story Code: 36836

News Link :
https://www.islamtimes.org/az/news/36836/meksikada-85-məhbus-həbsxanadan-qaçıb

Islam Times
  https://www.islamtimes.org