QR CodeQR Code

Əsəd: Suriya xalqının terrorizm üzərində qələbə çalmasından başqa çıxış yolu yoxdur

Islamtimes , 3 Apr 2014 15:04

Islamtimes - Suriyaya məxsus dövlət televiziyası SANA-nın verdiyi məlumata əsasən Suriya prezidenti Bəşər Əsəd çərşənbə günü deyib ki, Rusiyanın beynəlxalq aləmdə oynadığı mühüm rolu çox qütblü dünya üçün yeni xəritənin tərtib edilməsinə şərait yaradır.


Serqey Stepaşinin rəhbərlik etdiyi Rusiyada mövcud olan Ortodoksal Fələstin Cəmiyyətinin nümayəndə heyəti ilə görüşən Əsəd deyib ki, yeni dünya beynəlxalq ədaləti ələ gətirir və müstəqillik və suverenliyə bağlı olan xalqların maraqlarına xidmət edir.

Stepaşin prezident Bəşər Əsədə rusiyalı tərəf müqabili Vladimir Putinin mesajını çatdırmış və məktubda Rusiya prezidenti bəzi qərb dövlətlərinin dəstəklədiyi beynəlxalq terrorizmə qarşı həmişə Suriya xalqının yanında olacağını bildirib.

Prezident Əsəd qeyd edərək bildirib ki, Suriya xalqının ekstremizm və terrorizm ilə mübarizədə qələbə qazanmaqdan başqa yolu yoxdur.

Stepaşin isə öz növbəsində ölkəsinin Suriya xalqını qətlə yetirən terrorçu qrupları qınadığını bildirib. Sonuncu belə terror hücumu Kasab ərazisinə olmuşdur. Ortodoksal Fələstin Cəmiyyəti həmçinin bildirib ki, onlar Kasab xalqına humanitar yardım göndərməyə hazırlaşırlar.

2011-ci ilin mart ayından etibarən Suriya münaqişə içərisindədir. Xaricdən dəstək alan ekstremist üsyançılar ordu və təhlükəsizlik qüvvələri də daxil olmaqla münaqişə zamanı xeyli dinc insanı qətlə yetiriblər.

Məlumat və faktlara əsasən Qərb dövlətləri və onların regioanal müttəfiqləri olan Səudiyyə Ərəbistanı, Qətər və Türkiyə Suriya prezidenti Bəşər Əsəd hökumətinə qarşı döyüşən üsyançıları dəstəkləyirlər.


Story Code: 368657

News Link :
https://www.islamtimes.org/az/news/368657/əsəd-suriya-xalqının-terrorizm-üzərində-qələbə-çalmasından-başqa-çıxış-yolu-yoxdur

Islam Times
  https://www.islamtimes.org